Modern.az

Xaricdəki seçki dairələrinin siyahısı təsdiqlənib

Xaricdəki seçki dairələrinin siyahısı təsdiqlənib

Aktual

9 Yanvar 2024, 16:48

Ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədi ilə müvafiq seçki dairələrinin siyahısı təsdiq edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komitəsinin(MSK) bu gün keçirilən iclasında məlumat verilib.

 

Xarici İşlər Nazirliyi artıq xaricdə olan seçicilərin siyahısını MSK-ya təqdim edib.

 

Ölkə hüdudlarından kənarda səs verən seçicilərin siyahıya alınması məqsədilə müvafiq seçki dairələrinin siyahısına 15 saylı Yasamal Birinci, 16 saylı Yasamal İkinci, 17 saylı Yasamal Üçüncü və 19 saylı Nərimanov Birinci seçki dairələri daxil edildiyi bildirilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI