Modern.az

"Medicare" klinikasında qadın öldü - Fəaliyyəti dayandırıldı

Hadisə

9 Yanvar 2024, 16:56

Sabunçuda qadının klinikada ölməsi ilə bağlı araşdırma aparılır.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

 

Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdlr.

 

Qeyd edilir ki, hadisədən sonra Səhiyyə Nazirliyi "Medicare" klinikasında yoxlamalara başlayıb və klinikanın fəaliyyəti dayandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!