Modern.az

UNEC vakant vəzifələr üzrə müsabiqə elan edir

UNEC vakant vəzifələr üzrə müsabiqə elan edir

Aktual

9 Yanvar 2024, 17:00

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Müəllim assistenti” vəzifələrinin tutulması üçün müsabiqə elan olunur.

 

Bu barədə Modern.az-a universitetdən məlumat verilib.

 

Müsabiqə İqtisadiyyat, Tətbiqi iqtisadiyyat, Mühəndislik və tətbiqi elmlər, Maliyyə və audit, Biznes və logistika kafedraları üzrə aparılır.

 

Qeyd olunan vəzifələrin tutulması “Azərbaycan Dövlət İqtisad Universitetində müəllim assistenti vəzifəsi və onun tutulması haqqında" qaydalara uyğun olaraq aparılacaq.

 

Müsabiqədə iştirak etmək üçün sənədlərin qəbulu fevralın 8-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM