Modern.az

Aygün Artar mükafata layiq görüldü 

Aygün Artar mükafata layiq görüldü 

Aktual

9 Yanvar 2024, 18:16

İstanbulda 6-cı Qadın Sahibkarlara Dəstək Sammiti və mükafatlandırma mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, bu il “Güclü qadınlar, güclü sabahlar” mövzusunda keçirilən mərasimdə müxtəlif sahələrdə uğur əldə edən qadınlara mükafatlar təqdim edilib.

 

Bu çərçivədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar “Türk Dünyası” mükafatına layiq görülüb.

 

Münsiflər heyəti Aygün Attarın “Bir millət, iki dövlət” siyasəti çərçivəsində son dövrdə önə çıxan fikirləri və bu istiqamətdə atdığı mühüm addımlara görə bu mükafata layiq görüldüyünü ifadə edib.

Sizə yeni x var
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM