Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev mitinq keçirəcək. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.
Prezidentliyə namizədin görüşü sentyabrın 29-da saat 16-dan saat 18-dək Yasamal rayonu “Məhsul”idman sağlamlıq kompleksinin stadionunda (İnşaatçılar metrostansiyasının yanı) nəzərdə tutulub.
Maraqlısı budur ki, Hafiz Hacıyevin mitinqi Milli Şuranın mitinqi ilə eyni günə, eyni saata və eyni məkana təsadüf edir.
Milli Şurada sentyabrın 29-da "Məhsul"idman sağlamlıq kompleksinin stadionunda mitinq keçirmək üçün meriyaya müraciət edib.
Anar RÜSTƏMOV