Modern.az

Şirvanda neft quyusundan qaz püskürdü - TƏHLÜKƏ

Şirvanda neft quyusundan qaz püskürdü - TƏHLÜKƏ

10 Yanvar 2024, 00:22

Şirvan şəhəri yaxınlığında neft quyusunda dəlmə işləri aparılan zaman qaz fontanı baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

 

Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Təhlükəsizlik tədbirləri çərçivəsində hazırda yanğından mühafizə bölmələri ərazidə növbə çəkir, həmçinin fontanın qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir