Modern.az

Fərəc Quliyev özünə yeni müavin təyin etdi

Fərəc Quliyev özünə yeni müavin təyin etdi

24 Sentyabr 2013, 16:30

Milli Dirçəliş Hərəkatı Partiyasından verilən məlumata görə partiyanın rəhbərliyində yeni təyinat olub. Məlumata görə, tanınmış yazar, içtimaiyyətci, türkçülük ideologiyasını və Bütöv Azərbaycan məfkurəsinin aparıcı simalarından olan Həbib Ələkbərsoy partiya sədrinin ideoloji məsələlər üzrə müavini təyin olunub. 
Qeyd edək ki, H.Ələkbərsoy dövlət orqanlarında yüksək vəzifələrdə çalışmış, bir neçə nüfuzlu qəzet və saytlara rəhbərlik etmiş və bir neçə telelayihənin layihə rəhbəri və məsləhətçisi olmuşdur. Türk millətçisi kimi tanınan H.Ələkbərsoy 1999-cu ildə yaranmış Gənc Türklər Hərəkatının, daha sonra isə həmin hərəkatın bazası əsasında yaranmış Türk Hərəkatı İctimai Birliyinin sədri olmuşdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?