Modern.az

Ötən gün 43,6 kq narkotik aşkarlanıb

Ötən gün 43,6 kq narkotik aşkarlanıb

Aktual

10 Yanvar 2024, 09:40

Polis əməkdaşlarının yanvarın 9-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 43,6 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

 

DİN-dən Modern.az-a verilən xəbərə görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 28 kiloqram 267 qram heroin, 10 kiloqram 256 qram marixuana, 5 kiloqram 143 qram metamfetamin, həmçinin 12 ədəd metadon həbi olub.

 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM