Modern.az

FHN-nin əməkdaşları İmişlidə sənədsiz evi sökdülər - FOTO

FHN-nin əməkdaşları İmişlidə sənədsiz evi sökdülər - FOTO

10 Yanvar 2024, 10:08

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

 

FHN-dən Modern.az-a verilən xəbərə görə, İmişli rayonunun Xubyarlı kəndi ərazisində su fonduna aid torpaq sahəsində fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

 

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi