Modern.az

Züqanov “Qarabağ” plenumu ÇAĞIRIB: Azərbaycanlı kommunistlər Moskvaya gedir

Züqanov “Qarabağ” plenumu ÇAĞIRIB: Azərbaycanlı kommunistlər Moskvaya gedir

Təhsil

24 Sentyabr 2013, 16:51

Rusiyalı  kommunistlər Dağlıq Qarabağı müzakirəyə çıxarır

Oktyabrın 17-də keçiriləcək Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin  plenumu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni müzakirə edəcək. Keçmiş SSRİ ərazisində milli məsələlərin müzakirəsi plenumun gündəliyinə salınıb.

Bununla əlaqadar Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov Moskvaya dəvət olunub. Bu barədə Modern.az-a Azərbaycan Kommunist partiyasının sədri Rauf Qurbanov bildirib.

“Səfər oktyabrın 17-21-i arasında baş tutacaq. Plenum milli məsələlərin müzakirəsinə həsr olunacaq. İclasda mənim iştirakım və çıxışım nəzərdə tutulub”.

Prezident seçkilərindən sonra Rusiyaya səfər edəcəyini bildirən Rauf Qurbanov adıçəkilən toplantıda xalqlar arasındakı dostluq münasibətlərini müzakirə edəcəyini bildirib.

Bununla yanaşı, AKP sədri Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı Moskvadan hər hansı təlimat almaları barədə iddiaları rədd edib.

“Baxmayaraq ki, biz “Kommunist Partiyaları İttifaqı”nda Rusiya Kommunist Partiyası ilə əməkdaşlıq edirik, amma hər bir partiya öz qərarında müstəqildir. İstənilən qərara Azərbaycan Kommunist Partiyası özü gələcək”.

Vüqar İsmayılov   

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?