Modern.az

Meriya Bakının yağışdan sonrakı vəziyyətinə özünəməxsus “don geyindirdi”

Meriya Bakının yağışdan sonrakı vəziyyətinə özünəməxsus “don geyindirdi”

Təhsil

24 Sentyabr 2013, 17:34


“Yağışdan sonra Bakıda yaşanan vəziyyət bütün ölkələrdə olur”

Ötən gecə yağan yağış paytaxt küçələrini keçilməz vəziyyətə saldı. Bir saat yağan yağıntıdan sonra yollarda yağış sularından gölməçələr yarandı.

Hər dəfə yağışdan sonra eyni vəziyyətlə qarşılaşan paytaxt sakinləri artıq vəziyyətə alışıb, – desək yanılmarıq. Hər dəfə Bakı merinin müxtəlif vasitələrlə tənqid olunması da paytaxt küçələrində heç bir dəyişiklik yaratmayıb.

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin sözçüsü Nuranə Məmmədova Modern.az-a bildirib ki, bu gün Bakıda yaşanan vəziyyət bütün ölkələrdə baş verir. “Yağışdan sonra belə bir vəziyyət bütün ölkələrdə olur. Təbii bir prosesdir. Səhər hamı yağış sularını yollardan təmizləyirdi. Təkcə mərkəzdə yox, bütün magistral yollarda təmizlik işləri aparılırdı”.

Gültəkin ƏLƏSGƏR    

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?