Modern.az

Bakıda məşhur restoranda yanğın - VİDEO

Bakıda məşhur restoranda yanğın - VİDEO

Hadisə

10 Yanvar 2024, 12:10

Bakının Badamdar qəsəbəsi ərazisində yerləşən “Shaurma N1” restoranının dam örtüyündə yanğın baş verib.

 

FHN-dən Modern.az-a bildirilib ki, yanğın ərazidəki yağ qalıqlarından başlayıb.

 

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata görə, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində baş verən yanğın səbəbindən Mətbuat prospekti istiqamətində yolda sıxlıq yaranıb.
Ətraflı

 

Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən tədbirlər görülür.

 

 

Bildirilir ki, FHN-nin “112” qaynar xəttinə Yasamal rayonu, M. Müşfiq küçəsində yerləşən “Shaurma N1” restoranında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Shaurma N1” restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verməsi məlum olub.

 

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir