Modern.az

Antiterror tədbirlərində şəhid olan qəhrəmanın qızı dünyaya gəldi - FOTO

Antiterror tədbirlərində şəhid olan qəhrəmanın qızı dünyaya gəldi - FOTO

10 Yanvar 2024, 12:46

“YAŞAT” Fondunun “Onlar bizə əmanət” layihəsi davam edir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, ötən il sentyabrın 19-20-də Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Şikar Hüseyn oğlu Hüseynovun Goranboy rayonunda doğulan övladı Mələyin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

 

Həmin məqsədlə min manat vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 min manat vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

 

Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

 

“Onlar bizə əmanət” layihəsi indiyədək 113 şəhid övladını əhatə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi