Modern.az

Alman qadınlar ən çox hansı kişiləri bəyənirlər? - Çəkic, mişar...

Alman qadınlar ən çox hansı kişiləri bəyənirlər? - Çəkic, mişar...

10 Yanvar 2024, 13:42

Alman qadınları işçi peşəsi olan kişilərə üstünlük verirlər.

 

Modern.az xəbər verir ki, bu barədə "Playboy" jurnalı yazıb.

 

"Norstat" İctimai Rəyin Öyrənilməsi İnstitutunun sifarişi ilə aparılan araşdırmaya görə, Almaniyada qadınların yarıdan çoxu çəkic, mişar və ya qazma istifadə edə bilən birini xüsusilə seksual hesab edir: "Və ya daha yaxşısı - hamısı bir anda".

 

Ən seksual peşələrin əvvəlki reytinqində birinci yeri tutan kişi həkimlər ikinci yerə (59 faiz) düşüblər. Üçüncü yerdə memarlar (54 faiz) qərarlaşıb.

 

Onların ardınca mühəndislər və hüquqşünaslar gəlir: onlar eyni sayda səsə malikdirlər (hər biri 50 faiz). Sonrakı yerdə polis əməkdaşları (47 faiz) və alimlər (46 faiz) gəlir.

 

Pilotlar əvvəlki sorğu ilə müqayisədə çox rəğbət itiriblər – onlar yeddinci yerdəə (44 faiz) eniblər.

 

Sosioloqlar müəyyən ediblər ki, kişilər isə ən çox qadın həkimləri sevirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi