Modern.az

“Borçalı” Cəmiyyətin parçalanmış obrazını yaratmağa çalışırlar - BƏYANAT

“Borçalı” Cəmiyyətin parçalanmış obrazını yaratmağa çalışırlar - BƏYANAT

Qarabağ

24 Sentyabr 2013, 18:35

Z?limxan M?mm?dli M?n? qars? kampaniya apar?rlar

“Bu ilin oktyabr ayında ölkəmizin və Cənubi Qafqazın gələcəyi ilə bağlı ciddi siyasi proses – prezident seçkiləri keçiriləcək. “Borçalı” Cəmiyyəti olaraq bu seçkilərin demokratik, azad, ədalətli keçirilməsini istəyir, bütün qeydə alınmış namizədlərə uğurlar diləyirik. Eyni zamanda seçicilərin bu seçkilərdə fəallıq göstərmələrini, Ali İcra hakimiyyətinin formalaşdırılmasında yaxından iştirak etmələrini arzulayırıq”. 

Modern.az-ın məlumatına görə, “Borçalı” Cəmiyyətinin İdarə Heyətinin bəyanatında belə deyilir. Sənəddə qeyd olunur ki, “Borçalı” İctimai Cəmiyyəti hər zaman işini ölkə qanunları və beynəlxalq hüquqa uyğun qurub, fəaliyyətində şəffafdır:

“Zaman-zaman müxtəlif təkliflər olsa da, daxili siyasi proseslərdə iştirak etməyəcəyi haqda bəyanatlarına sadiqdir. “Borçalı” hansı vəzifəni daşıması və sosial statusundan asılı olmayaraq hər bir fərdin vətəndaş olaraq seçmək, seçilmək, öz fikrini azad ifadə etmək, onu əsaslandırmaq və müdafiə hüququna sayğılı yanaşmağa tərəfdar olmuşdur. Təşkilatımızın sədri Zəlimxan Məmmədli də öz vətəndaş hüququndan istifadə etmiş, Cəmiyyətin qərar və prinsiplərinə uyğun olaraq “Borçalı” Cəmiyyəti adından sui-istifadə etməmişdir”.

Bəyanatda qeyd olunur ki, bir qrup Gürcüstan kökənli şəxslər adından “Borçalı” Cəmiyyəti və onun sədrinə böhtan xarakterli, ictimai rəyi çaşdırmağa və Cəmiyyəti siyasi oyunlara çəkmə cəhdini özündə ehtiva edən müraciət yayılıb.

”Guya, bəyanatı 22 nəfər imzalamışdır. Araşdırmalarımız nəticəsində bəlli olmuşdur ki, bəyanatda adı gedən şəxslərdən bir neçəsi bəyanatdan xəbərsiz olduqlarını bildirmiş, təəccüblərini ifadə etmişlər. 
“Borçalı”nın İdarə Heyəti "ziyalı bəyanatını" siyasi səbatsızlıq, siyasi hakimiyyətə yarınma, bəzi şəxslərin “Borçalı” Cəmiyyətini yenidən öz əvvəlki vərdişlərinə uyğun olaraq siyasi alver predmetinə çevirmək cəhdi kimi dəyərləndirir. Bəyanatda ziyalıları üz-üzmə qoyma, parçala hökm et modelini bərqərar etmək istəyi kimi zərərli meyli də aydın hiss olunmaqdadır. Bəyanat, həmçinin cəmiyyətin sədri Zəlimxan bəyin fikirlərini təhrif edərək onu şəxsiyyətini aşağılmağa hesablanmış, Cəmiyyətin parçalanmış obrazını yaratmağa yönəlmiş məqsədyönlü təşəbbüsdür. 

“Borçalı” İH məlum bəyanatda deyilənləri təkzib etməklə hər kəsin, o cümlədən, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan bəyin öz namizədini müəyyən etmək, onu təbliğ etmək, ona səs vermək hüququna sayğı ilə yanaşmağın vacibliyini bəyan etməyi vacib hesab edir. İdarə Heyəti təşkilatın üzvlərinin öz istəklərinə uyğun olaraq prezidentliyə namizədin lehinə və əleyhinə səs vermə haqqını tanımaqla, “Borçalı” İctimai Cəmiyyətinin heç bir siyasi prosesə qoşulmayacağını qətiyyətlə bəyan edir. 

Eyni zamada “Borçalı” Cəmiyyətinin işində iştirak etməyən, onun qərarlarını yerinə yetirməyən, onun üzvü olmayan kəslərin təşkilatın daxili işlərinə qarışmalarının etik, əxlaqi və hüquqi normalara uyğun olmadığını bəyan edir, bunu bəyanat müəlliflərinin nəzərinə çatdırmağı özünün mənəvi və hüquqi borcu hesab edir. Bəyanatın ideya verənlərini və müəlliflərini isə birlik və bərabərliyimizə zərər vuran əməllərdən çəkinməyə dəvət edir”. 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu