Modern.az

Lukaşenko Putinə kömək edir - Yumurtalar...

Lukaşenko Putinə kömək edir - Yumurtalar...

İqtisadiyyat

10 Yanvar 2024, 15:34

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə yumurta böhranını aradan qaldırmağa kömək edir.

 

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

 

Belarusdan Rusiyaya toyuq yumurtasının tədarükü yanvarın ilk 9 günündə əvvəlki illə müqayisədə təxminən iki dəfə artıb. Məlumat "Rosselxoznadzor"a məxsusdur.

 

Bu hadisədən əvvəl Aleksandr Lukaşenkonun Vitebsk broyler fabrikinin rəhbərliyinə Rusiya Federasiyasında bu məhsulların çatışmazlığı fonunda yumurtaları qonşularla “bölmək” əmri verdiyi məlum idi.

 

Ötən ilin sonunda Rusiyada yumurtanın qiyməti 50 faizdən çox artıb. Rusiya hakimiyyəti rüsumları sıfırlamaqla bahalaşmanın öhdəsindən gəlməyə ümid edirdi, lakin bu kömək etmədi.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi