Modern.az

Ötən il qatar qəzaları nəticəsində 9 nəfər ölüb

Ötən il qatar qəzaları nəticəsində 9 nəfər ölüb

10 Yanvar 2024, 16:36

2023-cü ildə Azərbaycanda qatarın qarşısına qəfil insan çıxması nəticəsində 16 qəza baş verib, nəticədə 9 nəfər ölüb, 7 nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumatı yayıb.

 

Məlumata görə, bütün hadisələrə piyadaların dəmiryol xətlərini keçərkən diqqətsiz davranması səbəb olub. 2022-ci ildə isə 23 belə hadisə qeydə alınıb, nəticədə 13 nəfər həlak olub.

 

"ADY bu cür halların yaşanmaması üçün maarifləndirmə işlərini bu il də davam etdirir, piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır",- deyə açıqlamada qeyd edilib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi