Modern.az

Daha bir narkokuryer ələ keçdi - VİDEO

Daha bir narkokuryer ələ keçdi - VİDEO

Aktual

10 Yanvar 2024, 16:44

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən xəbərə görə, tədbir zamanı Ağdam rayon sakini Aslan Hacıyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana götürülüb.

 

Araşdırma zamanı müəyyən edilib ki, A.Hacıyev paytaxt və Abşeron rayonu ərazisində narkokuryerlik edərək ondan aşkar edilən marixuananın satışını təşkil edib.

 

Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi