Modern.az

Qarabağın azad edilməsi müstəqil siyasətimizin təzahürüdür - Ərdoğan

Qarabağın azad edilməsi müstəqil siyasətimizin təzahürüdür - Ərdoğan

10 Yanvar 2024, 17:30

30 ildən sonra Qarabağın azad edilməsi üçün gördüyümüz işlər Ankaranın müstəqil siyasətinin təzahürüdür.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Kəşfiyyatının (MİT) 97-ci ildönümü münasibətilə tədbirdə çıxışı zamanı deyib.

 

O bildirib ki, Türkiyə beynəlxalq şahmat taxtasında oyun quran dövlətdir: "Hər kəs bunu bilir. Avropadan Asiyaya qədər dünyanın müxtəlif qitələrindəki müttəfiqlərimiz bu həqiqəti ifadə edirlər".

 

Dövlət başçısı qeyd edib ki, Türkiyə xarici və daxili siyasətində öz uyğun davranır: "Suriya və İraqın şimalında maraqlarına qarşı əməliyyatlarımız bunu göstərir".

 

Ərdoğan xatırladıb ki, dünyanın geo sistemində yeni reallıqlar və təhlükəsizlik sistemi yaranıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi