Türkiyə prezidenti Abdulla Gül BMT-nin Baş Assambleyasında çıxışında Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında sülh yolu ilə həllinə çağırıb.
Modern.az-ın məlumatına görə, A.Gül çıxışında Qarabağ münaqişəsindən söz açaraq regionda uzunmüddətli sülhə nail olmaq səylərindən danışıb.
Türkiyə prezidenti dondurulmuş münaqişələrin region ölkələri arasında əməkdaşlıq qarşısında maneə olduğunu bildirərək uzun müddətli sülhün bölgənin inkişafına xidmət edəcəyini bildirib.
“Münaqişələr effektiv regional əməkdaşlığa mane olur. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ərazi bütövlüyü prinsipi əsasında Qafqazda uzunmüddətli sülhə nail olmağa çağırırıq. Biz işğal olunmuş ərazilərdən qüvvələrin tədricən çıxarılması ilə bərabər regionda iqtisadi əməkdaşlıq və inkişafa nail olmaq üçün strategiya təklif etmişik. Biz bunun regionda əsaslı sülhə xidmət edəcəyinə inanırıq”-deyə Türkiyə prezidenti vurğulayıb.
Modern.az