Modern.az

Anası erməni olan Qarabağ şəhidi - VİDEO 

Anası erməni olan Qarabağ şəhidi - VİDEO 

Aktual

11 Yanvar 2024, 00:54

Samir Əliyev Birinci Qarabağ müharibəsi zamanı Ağdamın Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun anası Mariya Karapetyan Əliyeva milliyətcə ermənidir.

 

Modern.az-ın məlumatına görə, Karapetyan deyir ki, digər şəhid analarına nisbətən onun yarası daha dərindir, çünki övladı mənsub olduğu xalqın nümayəndələri, yəni ermənilərin açdığı atəş nəticəsində şəhid olub.

 

O, oğlunun Vətən uğrunda vurulduğuna və şəhid olduğuna görə qürur duyduğunu qeyd edib.

 

Karapetyan 1949-cu ildə Rusiyanın Altay vilayətində doğulub. Milliyətcə ermənidir. 7 yaşı olanda ailəsi ilə birlikdə Bakıya köçüb.

 

Daha ətraflı aşağıdakı süjetdə:

 

 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi