Modern.az

Seçicilərə səsvermə vəsiqəsinin verilməsi başa çatır

Seçicilərə səsvermə vəsiqəsinin verilməsi başa çatır

Aktual

11 Yanvar 2024, 08:24

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar müvafiq dairə seçki komissiyaları tərəfindən seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi sabah başa çatır.

 

Modern.az-ın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları Səsvermə gününə 45-25 gün qalanadək seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsini təmin etməlidir.

 

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir.

 

Seçicilərə məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi isə səsvermə gününə 24-3 gün qalanadək təmin edilməlidir. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 14-dən fevralın 4-dək olan dövrü əhatə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi