Modern.az

Kürdəxanıda maşın 61 yaşlı qadını vuraraq öldürdü

Kürdəxanıda maşın 61 yaşlı qadını vuraraq öldürdü

Hadisə

11 Yanvar 2024, 09:08

Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində avtomobil yolu keçmək istəyən qadını vuraraq öldürüb.

 

Modern.az xəbər verir ki, Tağı Nurəddin oğlu idarə etdiyi "KIA" markalı avtomobillə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsindən mərkəz istiqamətində hərəkətdə olarkən Sabunçu qəsəbəsində "Bolmart" supermarketin yaxınlığında ehtiyatsızlıqdan yolu keçən piyada - 1963-cü il təvəllüdlü Məmmədhəsənova Yeganə Həmzə qızını vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir