Modern.az

Bir dollar 30 lirəni ÖTÜB

Bir dollar 30 lirəni ÖTÜB

İqtisadiyyat

11 Yanvar 2024, 12:54

Türkiyə lirəsi (TL) xarici valyutalar qarşısında tarixi minimumu yeniləməkdə davam edir.

 

Modern.az xəbər verir ki, Türkiyədə dollar yanvarın 11-də 30,01 TL, avro isə 33,08 TL səviyyəsini test edib. Başqa sözlə, dollar TL qarşısında son bir ayda 3,5%, son 6 ayda isə 15% bahalaşıb. Avroda isə müvafiq olaraq 5,8% və 15% bahalaşma müşahidə edilib.

 

Türkiyə Mərkəzi Bankı dolların bugünkü məzənnəsini alış üzrə 29.91 TL, satış üzrə 29.96 TL müəyyən edib.

 

Türkiyə lirəsi manat qarşısında da rekord şəkildə ucuzlaşıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının yanvarın 11-də açıqladığı məzənnəyə əsasən, 1 TL 0,0567 manata ticarət edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi