Modern.az

17 min 500-dən çox müşahidəçi qeydiyyatdan keçib

17 min 500-dən çox müşahidəçi qeydiyyatdan keçib

Aktual

11 Yanvar 2024, 13:16

Bu günə qədər 17 min 500-dən çox müşahidəçi qeydiyyatdan keçib. Təxminən 6300 seçki məntəqəsinin olacağını nəzərə alsaq, hər məntəqəyə orta hesabla üç müşahidəçi düşür.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 11-də jurnalistlərə müsahibəsində deyib.

 

“Müşahidəçilərin çox olmasını alqışlayırıq. Arzu edirik ki, həmin müşahidəçilər işğaldan azad edilmiş bölgələrdə də seçki prosesini izləsinlər”, - deyə MSK sədri qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama