Modern.az

Hacıbala Abutalıbov seçim qarşısında- Hafiz Hacıyev, yoxsa Cəmil Həsənli?

Hacıbala Abutalıbov seçim qarşısında- Hafiz Hacıyev, yoxsa Cəmil Həsənli?

Təhsil

25 Sentyabr 2013, 11:22

Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyevin mitinqlə bağlı müraciətinə bu gün cavab verəcək. Bu barədə Modern.az saytına İcra Hakimiyyətinin İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov bildirib.

İcra rəsmisi bildirib ki, prezidentliyə namizədlərin eyni vaxtda, eyni məkanda mitinq keçirmək istəyinə icazə verilib-verilməyəcəyi bu gün açıqlanacaq rəsmi cavabda qeyd olunacaq.

“Müraciətlərə baxılır. Bu məsələlər müzakirə olunub. Yəqin ki, gün ərzində rəsmi cavab veriləcək”.

Qeyd edək ki, Cəmil Həsənliyə qarşı kəskin mövqeyi ilə seçilən Hafiz Hacıyev Milli Şuranın mitinq müraciətindən sonra adekvat addım ataraq sentyabrın 29-da saat 16-dan saat 18-dək Yasamal rayonu “Məhsul”idman sağlamlıq kompleksinin stadionunda (İnşaatçılar metrostansiyasının yanı) mitinq keçirmək üçün meriyaya müraciət edib.

Maraqlıdır, hər iki namizədin eyni vaxtda, eyni məkanda mitinq keçirmək istəyinə Bakı şəhər İcra Hakimiyyətinin cavabı necə olacaq?

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?