Modern.az

Finlandiyalılar İsrailin “Avroviziya”dan çıxarılmasını tələb etdilər

Finlandiyalılar İsrailin “Avroviziya”dan çıxarılmasını tələb etdilər

11 Yanvar 2024, 16:50

Finlandiyanın musiqi xadimləri İsrailin “Avroviziya” Mahnı Müsabiqəsində iştirakdan kənarlaşdırılmasını tələb edən petisiya imzalayıb.

Modern.az xəbər verir ki, petisiyanın müəllifləri İsraili Qəzza zolağında hərbi cinayətlərdə ittiham edirlər.

Onlar hesab edirlər ki, müsabiqənin təşkilatçısı Avropa Yayım Birliyi (EBU) israilliləri kənarlaşdırmaqdan imtina edərsə, Finlandiyanın Yle TV şirkəti öz iştirakçısını geri çağırmalıdır.

Petisiyanın müəlliflərindən biri, mədəniyyət fəalı Lukas Korpelainen “Hufvudstadsbladet” qəzetinə bildirib ki, “Eurovision” təşkilatçıları İsrailin müsabiqənin “imicini yandırmağa” imkan verməməlidir.

Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi İsveçdə - “Malmö Arenada” 7, 9 və 11 may tarixlərində keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər