Modern.az

FİFA azarkeşlərinin nəzərinə: Bakıda turnir keçiriləcək

FİFA azarkeşlərinin nəzərinə: Bakıda turnir keçiriləcək

İdman

12 Yanvar 2024, 09:39

FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir təşkil edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

 

Bildirilib ki, ali futbol qurumunun layihəsinə əsasən, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan yığmaların iştirakı ilə miniturnir təşkil olunacaq. Dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin martda Bakıda keçirilməsi nəzərdə tutulub.

 

Avropadan ölkəmizlə yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq yarış barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi