Modern.az

Yəməndəki eskalasiya neft qiymətlərinə necə təsir edib?

Yəməndəki eskalasiya neft qiymətlərinə necə təsir edib?

İqtisadiyyat

12 Yanvar 2024, 10:36

Yəməndəki eskalasiyadan sonra Brent markalı neftin qiyməti 2% artaraq 78,94 dollar/barel (+1,54 dollar) olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

ABŞ və Britaniya Qırmızı dənizdə beynəlxalq gəmilərə hücumlarına cavab olaraq Yəmənin husi hədəflərinə zərbələr endirib.

 

ABŞ-ın "West Texas Intermediate" xam neftinin fyuçersləri 2,1% artaraq 73,55 dollar/barelə (+1,53 dollar) çatıb. Əsas indekslərin dəyəri əvvəlki günlə müqayisədə demək olar ki, 1% artıb.

 

Bundan əvvəl ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak ABŞ və Britaniya hərbçilərinin Yəməndəki husilərin mövqelərinə hava zərbələri endirdiyini açıqlayıblar. Baydenin sözlərinə görə, hücum Avstraliya, Bəhreyn, Kanada və Niderland tərəfindən dəstəklənib.

 

2023-cü ilin sonunda Qəzza zolağında münaqişə fonunda Qırmızı dənizdə beynəlxalq gəmilərin atəşə tutulması artıb. Yəməndəki HƏMAS-ın dəstəklədiyi husi qruplaşması İsrail gəmilərinə zərbələr endirirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi