Modern.az

Daha bir hüquqi şəxs cəzalandırıldı

Daha bir hüquqi şəxs cəzalandırıldı

12 Yanvar 2024, 16:04

Əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılıb.

 

Bu barədə Modern.az-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, araşdırma zamanı “Baksel Tele Satış Mərkəzi” MMC-nin direktoru Səyyad İbrahimlinin əmək müqaviləsi bağlamadan Pəri Orucovanı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

 

Fakt üzrə Mingəçevir şəhər prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.

 

Mingəçevir şəhər məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi