Modern.az

Naxçıvandakı nikah və boşanmaların sayı açıqlandı

Naxçıvandakı nikah və boşanmaların sayı açıqlandı

12 Yanvar 2024, 11:40

Ötən il Naxçıvan Muxtar Respublikasında 1545 nikah qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, boşanmaların sayı 562 təşkil edib. 2022-ci illə müqayisədə 2023-cü ildə Naxçıvanda nikah saylarında 248, boşanma saylarında isə 118 azalma müşahidə olunub.

 

Muxtar respublikada ən çox qeydə alınan nikah və boşanma halları Şərur rayonunda və Naxçıvan şəhərində olub.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi