Modern.az

Ev alarkən gəlir deklarasiyası tələb olunur? - AÇIQLAMA

Ev alarkən gəlir deklarasiyası tələb olunur? - AÇIQLAMA

12 Yanvar 2024, 14:14

Bakıda 20 min manat dəyərindən yuxarı daşınmaz əmlakların alğı-satqısı zamanı vətəndaşlardan gəlir deklarasiyasının tələb olunması ilə bağlı məlumat yayılıb. 

 

Modern.az-ın məlumatına görə, notarisular yanvarın ilk günlərindən etibarən daşınmaz əmlak əldə etmək istəyən şəxslərdən pulun mənbəyinin göstərilməsi haqda rəsmi sənəd tələb edirlər.

 

Rəsmi qurumlar hələlik sözügedən məlumata reaksiya bildirməyib.

 

Mütəxəssislər bildirirlər ki, bu məsələ adıçəkilən sahədə son zamanlar durğunluğun yaranmasına səbəb olub.

 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı İTV-yə açıqlamasında təşvişə düşməyə ehtiyac olmadığını bildirib.

 

"Notariat kontorları heç bir halda rəsmi sənəd tələb etmirlər. Belə bir hal yoxdur. Yəqin notariat kontorlarıyla, Notariat Baş İdarəsi ilə, Ədliyyə Nazirliyi ilə əlaqə saxlasanız onlar da eyni məlumatı verəcək. Ola bilsin ki, anket formasında hansısa vətəndaşdan alğı-satqı zamanı əldə etdiyi vəsaitin haradan əldə olunması istiqamətində sorğu keçirirlər. Kimsə deyir, işləmişəm, kimsə deyir, maşınımı satmışam. Deklarasiya tələbi ilə əlaqədar qərar verilib. İctimaiyyətə bu yaxınlarda bəyan edilməlidir”.

 

Bəs hansı hallarda notariatlar vətəndaşlardan gəlir deklarasiyası tələb edə bilər?

 

Vəkil Bəhruz Orucov deyib ki, bəzən maliyyə vəsaitinin əldə edildiyi mənbəni aşkar etmək üçün belə bir rəsmi sənəd tələb edilir.

 

“Burada məqsəd cinayət yolu ilə əldə olunmuş pul vəsaitinin leqallaşdırılması ilə bağlı müvafiq qabaqlayıcı tədbirlərin alınmasıdır. Eyni zamanda məqsədlərdən biri də əmlakların alqı-satğısı zamanı əldə edilmiş pul vəsaitlərinin qanunsuz əldə edilməsinin qarşısını almaqdan ibarətdir. Məqsəd budur ki, həmin əmlak alınırsa, sözügedən bəyannamə təqdim olunur. Beləliklə, alğı-satqı zamanı vəsaitin qanuni, yoxsa qeyri-qanuni  yolla əldə olunduğu öyrənilir.Əgər vəsait qanuni yolla əldə edilibsə, bəyannamə verilir. Vəsaitin hansı mənbədən əldə olunduğu qeyd olunur”, - o, İTV-yə açıqlamasında bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...