Modern.az

Sumqayıt şəhər stadionunda ilk oyun bu tarixdə keçiriləcək

Sumqayıt şəhər stadionunda ilk oyun bu tarixdə keçiriləcək

İdman

12 Yanvar 2024, 14:46

"Sumqayıt" klubu Azərbaycan Premyer Liqasının XXI turunda "Neftçi" ilə ev matçını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının açıqladığı proqramda bildirilib.

 

Fevralın 4-də baş tutacaq qarşılaşma saat 15:00-da start götürəcək.

 

Qeyd edək ki, bu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra ilk oyun olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi