ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono sülh prosesini dəstəkləmək üçün Ermənistan və Azərbaycanda bir neçə əsas maraqlı tərəflə müntəzəm olaraq danışıqlar aparır.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.
“Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hər zaman hazırıq. ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı və ləyaqətli sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez regiona səfərlər edilir”, - deyə səfirlikdən bildirilib.
Qeyd edək ki, bir neçə gün öncə Lui Bono Ermənistandakı səfərdə olub.