Modern.az

Samux ərazisinə 16 ceyran buraxıldı

Samux ərazisinə 16 ceyran buraxıldı

12 Yanvar 2024, 23:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən heyvan populiyasiyasının artırılması məqsədilə il boyu müxtəlif tədbirlər həyata keçirilir.

 

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Modern.az-a bildirib.

 

“Bunlardan biri də, ceyranların artırılmasıdır. 2023-cü ilin sonlarında 16 baş ceyran Şirvan Milli Parkından gətirilərək Samux ərazisinə buraxılıb. Həmin ərazi bir tərəfdən Eldar düzü, digər tərəfdən Ceyrançöl ilə əhatə olunub. Yəni ceyranların burada yaşaması üçün həm təbii su mənbələri, həm də yem bazası mövcuddur”.

 

Qeyd edək ki, həmin ərazilərə artıq 180-dən çox ceyran buraxılıb. Bu ərazilərdə qoruma nəticəsində onların sayı 300-dən artıq artıb.

 

 

Bu ərazilərin bir istiqaməti Gürcüstan dövlətilə həmsərhəddir. Hansısa maneələr olmadığı üçün həmin ceyranlar Gürcüstan ərazisində müşahidə olunurlar. Bu həmin ceyranların Gürcüstana bağışlanması kimi başa düşülməməlidir. Qarşı tərəfdə də Gürcüstanın qoruğu var və heyvanlar o istiqamətdə də qorunurlar. Ona görə də, həmin ərazi ceyranların inkişafı üçün uyğundur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI