Modern.az

“Airbus” kompaniyası rekord sayda sifariş alıb

“Airbus” kompaniyası rekord sayda sifariş alıb

İqtisadiyyat

12 Yanvar 2024, 21:51

Avropanın təyyarə istehsalçısı “Airbus” əvvəlkindən daha çox sifariş alıb. Ötən il kompaniya 2094 təyyarə sifarişi ilə 1503 təyyarənin sifariş olunduğu 2013-cü ildəki rekordunu yeniləyib.

 

Modern.az xəbər verir ki, “Airbus”un bu nailiyyəti qısa məsafəli A320 ailə təyyarəsinin və uzun məsafəli A350 təyyarəsinin populyarlığı ilə bağlıdır.

 

Kompaniya, həmçinin tədarük zəncirində davam edən problemlərə baxmayaraq, ötən il müştərilərə 735 təyyarə təhvil verdiyini açıqlayıb. Ən böyük sifariş Hindistanın aşağı büdcəli Indi.Go aviakompaniyası tərəfindən verilib – 500 təyyarə. “Air India” 40-ı A350 olmaqla 250, “Turkish Airlines” isə 60-ı A350 olmaqla 230 ədəd təyyarə sifariş edib.

 

“Airbus” yüksək nailiyyətlərə imza atarkən, onun rəqibi “Boeing” kompaniyasının işləri heç də yaxşı getmir. ABŞ-ın təyyarə istehsalçısı ötən il 1456 sifarişlə artıma nail olsa da, istehsalat və keyfiyyətə nəzarət problemləri ilə mübarizə aparmağa davam edir. “Boeing” 2023-cü ildə sifarişçilərə yalnız 528 təyyarə təhvil verə bilib. Beləliklə, “Airbus” növbəti dəfə amerikalı rəqibini geridə qoyaraq ardıcıl olaraq beşinci dəfə dünyanın ən böyük təyyarə istehsalçısı titulunu qoruyub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi