Modern.az

Zakir Həsənovdan Türkiyəyə başsağlığı

Zakir Həsənovdan Türkiyəyə başsağlığı

13 Yanvar 2024, 07:44

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

 

Bu barədə Modern.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

 

Başsağlığı məktubunda deyilir: "Cari ilin 12 yanvar tarixində, Pençe-Kilit antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.

 

Sizin acınız bizim də acımızdır.

 

Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.

 

Terrora qarşı aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama