Modern.az

Prezident seçkisinin təşviqatı bu tarixlərdə APARILACAQ

Prezident seçkisinin təşviqatı bu tarixlərdə APARILACAQ

13 Yanvar 2024, 16:15

Yanvarın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.


Modern.az xəbər verir ki, iclası açan MSK sədri Məzahir Pənahov gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

O, həmin məsələlərin aşağıdakılar olduğunu deyib:
 

1. Mərkəzi Seçki Komissiyasının 2024-cü il 9 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi.

2. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın yeri və vaxtının müəyyən olunması.

3. Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi.

4. Cari məsələlər.


Azərbaycanda prezidentliyə qeydə alınmış namizədlərin siyahısı 2024-cü il 18 yanvar tarixinədək dərc olunacaq.


Seçkiqabağı təşviqatın aparılmasına yanvarın 15-də start veriləcək və proses fevralın 6-sı saat səhər 8-də dayandırılacaq.

Xatırladaq ki, MSK növbədənkənar prezident seçkilərində iştirak edəcək 7 nəfərin namizədləyini qeydə alıb.


Bunlar aşağıdakı şəxslərdir:


İlham Əliyev – namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

Fazil Mustafa – namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülüb;

Qüdrət Həsənquliyev – namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

Elşad Musayev – namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

Fuad Əliyev – namizədliyi özü tərəfindən irəli sürülüb;

Zahid Oruc - namizədliyi özü tərəfindən irəli sürülüb;

Razi Nurullayev – namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülüb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama