Ötən ilin yayında Moskva ətrafındakı Serqiyev-Posad rayonu ərazisində Leonid Frolovu qətlə yetirən Azərbaycan vətəndaşı Bəxtiyar Əliyevin azadlığa buraxılması Rusiyada böyük qalmaqal yaradıb. Modern.az-ın məlumatına görə ticarətlə məşğul olan Əliyev buna görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin işə yenidən baxılması ilə bağlı məhkəmənin qərarından sonra azərbaycanlı məhkumun azadlığa çıxdığı məlum olub.
Dostlarının sözlərinə görə, Bəxtiyar Əliyev artıq Rusiyanı tərk edərək Azərbaycana gəlib. Hazırda Rusiya hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıb.