
Bu gün III Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində tanınmış yazıçı-publisist, millət vəkili Elmira Axundovanın “Heydər Əliyev: Şəxsiyyət və Zaman” 6 cildlik roman-tədqiqatının Tacikistanın “Ədib” nəşriyyatında tacik dilində çapdan çıxmış ilk 3 cildinin təqdimatı olub. Tacik dilindəki bu 3 cildi adı çəkilən nəşriyyatın əməkdaşı Murad Sobir və məşhur tacik xalq şairi və ictimai xadimi, Tacikistan dövlət mükafatı laureatı, Tacikistan Respublikasının Dövlət himninin müəllifi Qulnazar Kəldiyev təqdim edib. Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin .öbə müdiri, şair Çingiz Əlioğlu bu hadisəni iki xalqın mədəni əlaqələri baxımından yüksəkqiymətləndirib. Onun sözlərinə görə, bu çoxcildlik roman tədqiqat indiyədək dəfələrlə müxtəlif beynəlxalq kitab sərgilərinə təqdim edilib, böyük uğur qazanıb. Bu uğurun da əsas səbəbi odur ki, kitablar dövrün tarixi reallıqlarını əks etdirir. Əsər arixi faktlar və çoxsaylı xatirələr əsasında sadə dillə və cəmiyyətin hər bir təbəqəsinin anlaya biləcəyi üslubda qələmə alınıb.
”Kitablardakı hadisələrin xronoloji ardıcıllığı, hadisələrin siyasi təhlili sanki riyazi dəqiqliklə müəllif tərəfindən hesablanıb. Kitab bir nəfəsə oxunur və sanki insan oxuduqca hadisələri yaşayır, gözünün qarşısında hər bir detal canlanır, oxucu ilə həmsöhbət olur”.
Tacikistan Respublikasının xalq şairi Qulnazar Kəldiyev kitabı yüksək keyfiyyətə malik bir əsər kimi dəyərləndirib, həm Heydər Əliyevin nəhəng həyat və fəaliyyətinin, həm də Azərbaycanın tarixinin öyrənilməsi baxımından əvəzedilməz bir əsər olduğunu bildirib.
Qeyd edək ki, Qulnazar Kəldiyev özü kitabın birinci cildinin tərcüməsinin müəllifidir, 2-ci və 3-cü cildləri isə Tacikistan Respublikasının çox tanınmış yazıçıları İstad Kosimzadə, Ato Xandam və başqaları tərcümə edib. “Ədib” nəşriyyatının nümayəndəsi Murad Sobir bildirib ki, bu kitablar təkcə Azərbaycanın deyil, bütün sovet məkanının tarixidir. Buna görə də digər cildlərin də tərcüməsi davam etdiriləcək və ictimaiyyətə təqdim olunacaq. O, qeyd edib ki, kitabın müəllifi Elmira Axundova həqiqətən də böyük yazıçıdır və bu sərgidə onunla tanış olmaqdan böyük məmnunluq hissi duyur. Elmira Axundova tədbirdə çıxış edərək həmkarlarına təşəkkürünü bildirib. O, qeyd edib ki, bu rus dilindən sonra kitabların dərc edildiyi ikinci xarici dildir. Elmira Axundova Nizami, Omər Xəyyam, Firdovsi və s. kimi dahi şairlərin yazıb-yaratdığı və 150 milyona yaxın oxucu kütləsi olan fars dilində kitabların dərc edilməsindən böyük məmnunluq hissi duyduğunu ifadə edib. O, vurğulayıb ki, 2013-cü ildə işıq üzü görən bu tərcümələr tacik xalqının, ədəbiyyatçılarının və Yazıçılar Birliyinin Azərbaycan xalqına Heydər Əliyevin 90 illiyi ilə bağlı olan bir töhfəsi, hədiyyəsidir. T
ərcümə edilmiş cildlər artıq Tacikistanın bir çox kitabxanaları, Akademik İnstitutları və Ali məktəblərində öz layiqli yerini tutub. Digər 3 cildin də tərcüməsi hal-hazırda davam etdirilir və dekabr-may aylarında onların təqdimatı Elmira Axundovanın özünü də iştirakı ilə Düşənbədə təşkil olunacaq.
Modern.az