Modern.az

Ordumuz istənilən hava şəraitinə hazırlıqlıdır - VİDEO

Ordumuz istənilən hava şəraitinə hazırlıqlıdır - VİDEO

Ölkə

14 Yanvar 2024, 14:13

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə çətin relyefli və dağlıq ərazilərdə xidmət aparan bölmələrimizin təminat yollarını qar örtüyündən təmizləyərək daim işlək vəziyyətdə saxlanılmasını təmin edirlər.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.

 

Çətin relyefli, dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili, eləcə də avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilən mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama