Modern.az

6 otaqlı evdə YANĞIN 

6 otaqlı evdə YANĞIN 

Hadisə

14 Yanvar 2024, 20:48

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

 

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, habelə bitişik evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb.

 

Evin böyük hissəsi və bitişik evlər yanğından mühafizə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir