Modern.az

Bakıda "drift" edən avtobus sürücüsü cəzalandırıldı - VİDEO

Bakıda

Hadisə

14 Yanvar 2024, 20:53

Bakıda sərnişin avtobusunun “drift” etməsi barədə görüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, videoda “ISUZU” markalı sərnişin avtobusunun sürücüsünün dayanacaqda təhlükəli manevrlar etdiyi əks olunub.

 

Məsələ ilə bağlı “Xaliq Faiqoğlu” şirkəti açıqlama yayıb.

 

Bildirilib ki, yanvarın 13-də hava şəraiti və yollardakı mövcud vəziyyətlə bağlı şirkətə məxsus avtobus parklarında sürücülərin təlimatlandırılması tədbirləri həyata keçirilib:

 

“Keçirilən təlimdən sonra qaraj (daxili) sürücülərindən biri marşrut avtobusu sürücülərinə nümayiş etdirilən manevr qaydalarını daha sərt formada həyata keçirərək lentə alıb və sosial şəbəkələrdə paylaşıb.

 

Baş vermiş hadisə tərəfimizdən araşdırılıb və vəzifə öhdəliklərini pozan əməkdaş məsuliyyətə cəlb edilib”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir