3 ildir müzakirə olunan məsələ - erməni işğalında olan 8 kəndimiz. 1-i Naxçıvanın, 7-si Qazaxın kəndidir. Onların taleyi uzun zamandır müzakirə olunur. Qaytarılacaq, yoxsa mübadilə ediləcək? Prezident İlham Əliyev konkret danışdı: "Qaytarılmalıdır", - dedi. Sərhədlər isə ermənilərin istədiyi kimi 70-ci illərin xəritəsi ilə müəyyənləşməyəcək.
Bu məsələdə də Bakının şərtləri dəyişmir. Onların ümidləri isə getdikcə artır. İşğalda olan kəndlərin sakinləri. Yurd həsrətləri tezliklə vüsalla əvəzlənə bilər.
Modern.az-ın məlumatına görə, əslən Qazaxın Yuxarı Əskipara kəndindən olan, sonradan Aşağı Əskiparaya gəlin köçən Aybəniz xanımın taleyinə doğulduğu kəndlə yanaşı, yuva qurduğu ocağı da tərk etmək düşüb.
Lakin bu dəfə öz xoşu ilə, toy-bayramla yox, təhdid və silah gücünə yaşadığı kənddən qovulub.
Aybəniz xanım deyir ki, 1988-ci ilədək ermənilərlə qonşu olublar, bu illər ərzində sakit həyat sürüblər.
"Gözümüz yoldadır ki, öz vətənimizə qayıdaq, vətənimizi istəyirik", - Aybəniz xanım bildirib.
Ətraflı İTV-nin süjetində: