Modern.az

Maliyyə Nazirliyi təkzib etdi: Azərbaycan bazarında “RESO” adlı sığorta şirkəti yoxdur

Maliyyə Nazirliyi təkzib etdi: Azərbaycan bazarında “RESO” adlı sığorta şirkəti yoxdur

25 Sentyabr 2013, 18:04

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti erməni milyarderə məxsus sığorta şirkətinin Azərbaycan bazarına daxil olması barədə yayılan xəbərə münasibət bildirib. Dövlət Sığorta Nəzarəti Xidməti bəyan edib ki, Rusiyanın “RESO” sığorta şirkətinin Azərbaycan bazarına daxil olması barədə “virtualaz.org” say tının yaydığı məlumat həqiqəti əks etdirmir.

“Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti bəyan edir ki, hazırda Azərbaycan Respublikasında “RESO” adlı nə sığorta, nə təkrarsığorta şirkəti, nə də həmin şirkətin hər hansı törəmə şirkəti və ya nümayəndəliyi fəaliyyət göstərir. Bu şirkətin adı həmçinin, Azərbaycan sığortaçıları ilə təkrarsığorta əməliyyatları aparmağa icazəsi olan xarici təkrarsığortaçıların sıyahısında da yoxdur.
Eyni zamanda bildiririk ki, jurnalist “araşdırması” kimi təqdim olunan sözügedən məqalə əslində sensasiya naminə yayılmış, obyektiv reallığa əsaslanmayan və müəllifin qərəzli mövqeyini əks etdirir”-deyə Maliyyə Nazirliyinin mətbuat xidməti bəyan edib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?