Modern.az

Azərbaycanda aşağı inflyasiya: nikbinliyə səbəb nədir?

Azərbaycanda aşağı inflyasiya: nikbinliyə səbəb nədir?

İqtisadiyyat

15 Yanvar 2024, 11:44

Niderlandın “İNG Group” şirkəti bu il üçün Azərbaycanda inflyasiyanın 5% olacağını proqnozlaşdırılır. İnflyasiya göstəricisi BMT tərəfindən 5,90 %, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə 4,70%,, Dünya Bankına görə 5,80% olub. İqtisadiyyat Nazirliyi isə 2024-cü ildə inflyasiyanın 5,30% olacağını gözləyir.

 

Verilən proqnozlardan aydın olur ki, Azərbaycanda bu il inflyasiyanın 5-6 faiz olacağı gözlənilir. 

 

Bəs ehtimal edilən aşağı inflyasiyanın səbəbi nədir?

 

Modern.az xəbər verir ki, iqtisadçı eskpert Natiq Cəfərli aşağı inflyasiya proqnozlarının səbəblərini belə izah edib:

 

“Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər qurumlar da bu rəqəmləri əsas gətirərək, dünyada da inflyasiyanın səngidiyini, idxal olunan məhsulların qiymət artımında azalmaların olma ehtimalının yüksək olduğunu nəzərə alaraq, Azərbaycanda inflyasiya ilə bağlı öz proqnozlarını açıqladılar. Beynəlxalq qurumların proqnozları aşağı-yuxarı Azərbaycanın rəsmi qurumlarının proqnozları ilə də üst-üstə düşür. Bunun da əsas səbəbi idxalla bağlıdır. Çünki ölkəmizdə ən problemli, inflyasiyaya təsir edən məsələlərdən biri yerli məhsul istehsalının yetərli say və həcmdə olmamasıdır. Məsələn ərzaqla özümüzü 25-30 faiz civarında təmin edirik. Yerdə qalan 70%-i idxal edirik. Bu səbəbdən də xaricdə istənilən qiymət dəyişiklikləri Azərbaycan bazarına da mənfi təsir göstərir və qiymətlərin bahalaşmasına səbəb olur".

 

Qeyd edək ki, ekspertlər fors-major hadisə baş verməyəcəyi halda 1 bənd dəyişikliklə proqnozların özünü doğruldacağını düşünür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU