Modern.az

Qarda yıxılanlar: 75 nəfər sınıq və əzilmə xəsarətləri alıb

Qarda yıxılanlar: 75 nəfər sınıq və əzilmə xəsarətləri alıb

Ölkə

15 Yanvar 2024, 11:28

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 137 nəfər müraciət edib.

 

İnstitutdan Modern.az-a verilən məlumata görə, onlardan 75 nəfəri hava şəraiti ilə əlaqədar olaraq müxtəlif sınıq və əzilmə xəsarətləri olan vətəndaşlardır.

 

Qeyd olunub ki, xəsarət alanlardan 4-ü travma şöbəsinə, 4-ü isə stasionara yerləşdirilib:

 

"Vəziyyətləri həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Digərlərinə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Əvvəlki günlərlə müqayisədə ciddi fərq olmayıb. Digər günlərdə 140, 127, 114 nəfər müxtəlif travmalarla İnstitutun təcili tibbi yardım şöbəsinə müraciət ediblər".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama