Modern.az

Maliyyə Nazirliyində Çağrı Mərkəzi yaradıldı

Maliyyə Nazirliyində Çağrı Mərkəzi yaradıldı

Aktual

15 Yanvar 2024, 12:44

Maliyyə Nazirliyi vətəndaşların müraciətlərini artıq 012 404 46 99 nömrəsi ilə deyil, “8778” qısa nömrəsi vasitəsilə qəbul edəcək.

 

Modern.az-a bu barədə nazirliyə istinadən xəbər verir.

 

Məlumata görə, Çağrı Mərkəzinin xidmətindən istifadə etmək üçün vətəndaşlar “8778” qısa nömrəsinə stasionar və bütün #mobil telefonlardan birbaşa müraciət edə bilərlər.

 

Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-a qədər fəaliyyət göstərir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi