Modern.az

İslam Olimpiadasında Azərbaycanın medalları 9-a çatdı

İslam Olimpiadasında Azərbaycanın medalları 9-a çatdı

26 Sentyabr 2013, 09:39
III İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 25-də 3 medal qazanıblar. Azərbaycan karateçiləri yarışlarda çıxışlarını uğurla başa vuraraq, komanda yarışlarında qızıl medal qazanıblar.

Modern.az xəbər verir ki, Azərbaycan karateçiləri finalda rəqib güclü İran yığmasına 3:1 hesabı ilə qalib gəliblər.

Ağırlıqqaldırma yarışlarında idmançımız Zülfüqar Süleymanov 62 kq çəki dərəcəsində yarışların bürünc medalını qazanıb. O, birdən qaldırma 123 kq, təkanla qaldırmada 155 kq çəkinin öhdəsindən gəlib və ümumi 278 kq nəticə ilə üçüncü olub.

Üzgüçülük yarışlarında 100 metr məsafərə batterflyay üsulla üzmədə Yevgeni Lazuka bürünc medal qazanıb. Y. Lazukanın bir gün öncə 50 metr məsafəyə baterflyay üsulla üzmədə gümüş medal qazanmışdı.

Beləlilklə, İslam Olimpiadasında Azərbaycanın medalları 9-a çatıb.



Modern.az

 
Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?