Modern.az

Maşının vurduğu piyada 24 gün sonra xəstəxanada öldü

Maşının vurduğu piyada 24 gün sonra xəstəxanada öldü

Aktual

15 Yanvar 2024, 17:48

Ötən il dekabrın 22-də Zaqatala rayonunda avtomobilin vurduğu piyada İbrahim Daşdəmirov Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

 

Modern.az xəbər verir ki, hadisə dekabrın 22-si gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində baş verib. Piyada, 25 yaşlı İbrahim Daşdəmirovu avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Hadisə yerindən yayınan “VAZ-2106” markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi